Xəzər Xəbər

FİFA Əfqanıstan Futbol Federasiyasının sabiq baş katibini diskvalifikasiya edib

İdman | 15:25 • 11 Oktyabr 2019
FİFA Əfqanıstan Futbol Federasiyasının sabiq baş katibini diskvalifikasiya edib

FİFA Əfqanıstan Futbol Federasiyasının (AFF) sabiq baş katibi Səid Ağazadəni diskvalifikasiya edib.


Sabiq qurum rəsmisi 5 il müddətinə futboldan kənarlaşdırılıb.


FİFA əfqanıstanlını etik kodeksi pozduğu bu cəzaya layiq görüb. S.Ağazadə AFF-nın baş katibi işlədiyi 2013-18-ci illərdə qadın futbolçulardan şikayətlər daxil olub. Onlar qurumun həmin vaxt prezidenti olan Keramudin Kərimi onlara sataşmaqda ittiham ediblər.


FİFA müəyyənləşdirib ki, baş katib bunlardan xəbərdar olsa da, onları məlumatlandırmayıb. S.Ağazadə 10 min İsveçrə frankı cərimə də ödəyəcək.

Xəbər lenti