Xəzər Xəbər

Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər

İdman | 17:29 • 10 Oktyabr 2019
Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər

İngiltərənin "Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.


Xezerxeber.az xəbər verir ki, 30 yaşlı futbolçunu İstanbulun "Fənərbağça” komandası transfer etməkdə israrlıdır.


İstanbul klubu qış fasiləsində təcrübəli futbolçunun keçidini həll etmək istəyir. Klub rəhbərliyi Özili icarə əsasında heyətinə qatmaq üçün "topçular”la danışığa başlayıb. Cari mövsüm Premyer Liqada cəmi 1 oyunda meydana çıxan futbolçu özü də London klubundan ayrılmaq niyyətindədir.


Qeyd edək ki, Özilin "Arsenal” komandası ilə müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.

Xəbər lenti