İspaniyanın "Real Madrid” futbol klubu hücumçusu Kərim Benzema ilə yeni müqavilə imzalayıb.
Xezerxeber.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb. Hücumçunun yeni müqaviləyə əsasən, illik gəliri 11 milyon avro olacaq.
Benzemanın Madrid təmsilçisi ilə keçmiş müqaviləsi 2021-ci ilin yayınadək idi.
Fransalı hücumçu cari mövsümdə "Real Madrid”in heyətində keçirdiyi 9 oyunda 6 dəfə fərqlənib.