Xəzər Xəbər

Salah "Liverpul"u sevindirdi "Mançester Yunayted"lə oyuna yetişəcək

İdman | 14:54 • 8 Oktyabr 2019
Salah "Liverpul"u sevindirdi

Premyer Liqanın 8-ci turunda "Lester Siti" ilə oyunda zədələnən "Liverpul"un ulduzu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

"The Sun" xəbər verir ki, 27 yaşlı hücumçu milli komandaların oyunları ilə əlaqədər yaranan fasilədə zədəsini sağaldacaq. Misirli ulduzun 9-cu turda "Mançester Yunayted"lə oyuna yetişəcəyi gözlənilir.

Salah "Lester Siti"nin yarımmüdafiəçisi Hamza Çoudrinin kobud oyunundan sonra məcburi əvəzlənmişdi. Yurgen Klopp 22 yaşlı yarımmüdafiəçinin bilərəkdən kobud oynadığını və qırmızı vərəqə almadığı üçün mətbuat konfransında sərt sözlər işlərmişdi.

"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-si Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Xəbər lenti