Xəzər Xəbər

Mahir Emreli iki həftə meydana çıxa bilməyəcək

İdman | 14:59 • 7 Oktyabr 2019
Mahir Emreli iki həftə meydana çıxa bilməyəcək

Azərbaycan Premyer Liqasının VII turunun "Sabah”la oyununda zədələnən "Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.


Zədələnərək oyunu erkən tərk edən hücumçu bu gün tibbi müayinədən keçib.


Futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Bu səbəbdən də M.Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər lenti