Xəzər Xəbər

Fatih Terimdən şok qərar: 4 ulduzdan imtina etdi

İdman | 15:38 • 7 Oktyabr 2019
Fatih Terimdən şok qərar:

Son dövrlər gözlənlən səviyyədə çıxış etməyən "Qalatasaray"ın heyətində islahatların olacağı deyilir.


Baş məşqçi Fatih Terim də bununla bağlı mesaj verib. "İmperator" ləqəbli mütəxəsss "Gənclərbirliyi" ilə oyundan (0:0) sonra açıqlamasında "Özümə də mənfi xal yazıram. "Qalatasaray"lılar səbr etsin. Yanvarda nələr olacağını görəcəksiniz. "Qalatasaray" forması geyinənlərin belə bir şeyə haqqı yoxdu. Bunlar dəyişəcək" deyib.


Türkiyə mediasının məlumatına görə, Fatih Terim 4 futbolçudan - kapitan Səlcuk İnan, Mariano, Yuto Naqatomo və Yunes Belhandadan narazı qalıb.


Baş məşqçi Jean Mişael Serinin zəhərlənməsi səbəbindən "Gənclərbirliyi" ilə oyunda start heyətində yer verdiyi Səlcuk İnana görə peşman olub. Onun bir çox epizodda topa qaçmaması, fiziki cəhətdən çatdırmaması "İmperator"un "qara siyahısı"na düşməsi ilə nəticələnib. Fatih Terimin bundan sonra Seriyə alternativ olaraq Taylan Antalyalı və ya Cimmi Durmaza şans verəcəyi deyilir.


Hədəfdə olan digər futbolçuları cinah oyunçuları Yuto Naqatomo və Marianodu. Hər iki futbolçunun mövsümün sonunda müqaviləsi başa çatacaq. Fatih Terim onların yerinə Şener Özbayraklı və Ömər Bayram-Emre Taşdemir cütlüyünə şans verəcək.


Fatih Terim həmçinin Yunes Belhandadan narazıdı. Sadə top itkiləri, mübarizə gücündəki anormal eniş, meydanda məsuliyyəti üzərinə götürə bilməməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib.


Fanat.Az


Xəbər lenti