Xəzər Xəbər

"Marca": "Qarabağ Azərbaycanın torpağıdır"

İdman | 17:26 • 4 Oktyabr 2019
"Marca": "Qarabağ Azərbaycanın torpağıdır"

İspaniyanın "Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Düdelanj” - "Qarabağ” matçında baş verən təxribat barədə məqalə dərc edib.


XəzərXəbər xəbər verir ki, yazıda siyasəton yenə idmanda görünməyə başladığı qeyd olunur: "...və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. "Düdelanj” - "Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Dağlıq Qarabağ" bayrağını daşıyan dron Lüksemburqdakı "Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri top ilə dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında suverenliyi ilə bağlı münaqişəni qoruyan bir ərazidi. Sözügedən ərazi azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdu davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən hərbi şəkildə işğal olunub".


Qəzet həmçinin "Qarabağ”ın oyunçularının baş verən hadisəyə verdikləri reaksiyadan da yazıb: "Hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda yuxarında göstərilən münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan bir "respublika"nın əlində qalıb. Təxribat səbəbindən görüş 15 dəqiqədən (əslində 20 dəqiqədən çox) sonra qaldığı yerdən davam etdi. "Qarabağ”ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi”.


Xəbər lenti