Xəzər Xəbər

“Qalatasaray”da ağır itkilər: Falkao, Luyindama və Lemina...

İdman | 17:22 • 4 Oktyabr 2019
“Qalatasaray”da ağır itkilər:

"Qalatasaray” Super Liqanın VII turunun "Gənclərbirliyi” ilə səfər oyununa ciddi itkilərlə çıxacaq.


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 3 aparıcı üzvü heyətə daxil edilməyib. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə oyunun (0:1) zədələnən Kristian Luyindama, Radamel Falkao və daha öncədən zədəsi olan Mario Lemina səfər matçında oynamayacaq.


Qeyd edək ki, "Gənclərbirliyi” – "Qalatasaray” oyunu sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.


Fanat.Az

Xəbər lenti