Xəzər Xəbər

“Traktor” "Barsa" və "Real"ı geridə qoydu - MÖHTƏŞƏM UĞUR

İdman | 12:41 • 4 Oktyabr 2019
“Traktor” "Barsa" və "Real"ı geridə qoydu - MÖHTƏŞƏM UĞUR

Cənubi Azərbaycanın yeganə təmsilçis olan "Traktor” komandası daha bir beynəlxalq uğura imza atıb.

Türkiyəli baş məşqçi Mustafa Dənizlinin komandası dünyada azarkeşləri tərəfindən ən çox izlənən 5-ci komandadır.

"Transfermarkt” rəsmi saytının xəbərinə görə, "Traktor” hər matçda ortalama 66 min 833 tamaşaçı toplayır.

Siyahıda "Borussiya Dortmund” 81 min 365 tamaşaçı ilə birinci, "Barselona” 77 min 31 tamaşaçı ilə ikinci, "Bavariya” 75 min tamaşaçı ilə üçüncü sırada qərarlaşıb. "Mançester Yunayted” 73 min 432 tamaşaçı toplaya bilir. 6-cı yerdə "Arsenal” 50 min 293 tamaşaçı ilə qərarlaşıb. "Real Madrid” isə 60 min 122 tamaşaçı ilə 7-ci yerdədir.

Xəbər lenti