Xəzər Xəbər

Van de Beek "Ayaks" azarkeşlərini rahatlaşdırdı: "Mövsümün sonuna qədər burdayam"

İdman | 17:39 • 3 Oktyabr 2019
Van de Beek "Ayaks" azarkeşlərini rahatlaşdırdı:

Yay transfer dönəmində adı daha çox Madrid "Real"ı ilə hallanan "Ayaks"ın ulduzu Donni van de Beek gələcək karyerası barədə danışıb.

"De Telegraaf" nəşri xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi qış fasiləsində klubdan ayrılmayacağını deyib:

"Mövsümün sonuna qədər "Ayaks"dayam. Daha sonra nələr olacağını birlikdə görəcəyik. İndidən nəsə deyə bilmərəm. Bu qərarımı hər kəs bilir. Mövsümün ortasında klub dəyişdirməkdən xoşum gəlmir. Yayda mənimlə bağlı çox söz-söhbət dolaşdı. Hər şeyin başa çatması məni sevindirdi. "Ayaks"a indi daha yaxşı konsentrasiya ola bilirəm".

Hollandiya millisinin üzvünün Amsterdam klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Van de Beek bu mövsüm 10 oyuna 2 qol vurub, 5 assist edib.

Xəbər lenti