Xəzər Xəbər

UEFA Çempionlar Liqası: qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub - NƏTİCƏLƏR

İdman | 09:14 • 3 Oktyabr 2019
UEFA Çempionlar Liqası: qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub -

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, ikinci günün ən dramatik matçı "Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada "Barselona” İtaliyanın "İnter" komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıb: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb - 1:0. Qoldan sonra irəli atılan Kataloniya təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq birinci hissə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən "Barselona” istəyinə 58-ci dəqiqədə çatıb. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb - 1:1.


Oyunun başa çatmasına altı dəqiqə qalmış Luis Suares ikinci qolu vuraraq komandasına vacib qələbə qazandırıb - 2:1.


Beləliklə, "Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ernesto Valverdinin yetirmələri ilk turda səfərdə Almaniyanın "Borussiya” klubu ilə heç-heçə ediblər - 0:0. "İnter” isə F qrupunun autsayderi sayılan "Slaviya Praqa”nı məğlub edə bilməyib - 0:0.


Turnirdə İngiltərənin "Liverpul”u Avstriyanin "Zatlsburq" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.


Turun ikinci günündə aşağıdakı hesablar qeydə alınıb:


E qrupu


"Genk” (Belçika) – "Napoli” (İtaliya) - 0:0;


"Liverpul” (İngiltərə) – "Zaltsburq” (Avstriya) - 4:3.


Xal durumu: "Napoli” - 4, "Zaltsburq” - 3, "Liverpul” - 3, "Genk” - 1.


F qrupu


"Slaviya” (Praqa, Çexiya) – "Borussiya” (Dortmund, Almaniya) - 0:2;


"Barselona” (İspaniya) – "İnter” (İtaliya) - 2:1.


Xal durumu: "Borussiya” - 4, "Barselona” - 4, "İnter” - 1, "Slaviya” - 1


G qrupu


"Leyptsiq” (Almaniya) – "Lion” (Fransa) - 0:2;


"Zenit” (Rusiya) – "Benfika” (Portuqaliya) - 3:1.


Xal durumu: "Zenit” - 4, "Lion” - 4, "Leyptsiq” - 3. "Benfika” - 0


H qrupu


"Lill” (Fransa) – "Çelsi” (İngiltərə) - 1:2;


"Valensiya” (İspaniya) – "Ayaks” (Hollandiya) - 0:3.


Xal durumu: "Ayaks” - 6, "Çelsi” - 3, "Valensiya” - 3, "Lill” - 0.


Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin üçüncü turu oktyabrın 22-23-də keçiriləcək.

Xəbər lenti