Xəzər Xəbər

“Napoli” - “Genk” oyunu heç-heçə başa çatıb

İdman | 09:09 • 3 Oktyabr 2019
“Napoli” - “Genk” oyunu heç-heçə başa çatıb

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ikinci turun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, E qrupunda yer alan İtaliyanın "Napoli” komandası səfərdə Belçikanın "Genk” komandasının qonağı olub. Görüşdə hesab açılmayıb.


Xatırladaq ki, ilk turda "Napoli” son çempion "Liverpul”u öz meydanında 2:0 hesabı ilə məğlub etmişdi. "Genk” isə səfərdə "Zaltsburq”a böyük hesabla enilib - 2:6.


İkinci günün digər erkən başlayan görüşündə Almaniyanın "Borussiya”sı Çexiyanın "Slaviya Praqa” komandasından üstün olub – 2:0.

Xəbər lenti