Xəzər Xəbər

Ronaldo karyerasını nə vaxt bitirir?

İdman | 16:30 • 2 Oktyabr 2019
Ronaldo karyerasını nə vaxt bitirir?

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo gələcək karyerası haqda açıqlama verib.

"SportBible" saytına müsahibəsində 34 yaşlı hücumçu hələ də futbolu sevdiyini söyləyib:

"Hələ də futbolu sevirəm. Kriştianonu sevən azarkeşləri və insanları xoşbəxt etməyi sevirəm. Bu, yaşla əlaqəli bir şey deyil, düşüncə ilə bağlıdır. Son 5 ildir futboldankənar həyatımda da xoşbəxtəm. Futbolçu karyeramı nə vaxt bitirəcəyəm? Gələn il və ya o biri il nələr olacağını kim bilə bilər ki?".

Qeyd edək ki, K.Ronaldonun Turin klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

Xəbər lenti