Xəzər Xəbər

Məsut Özilin yeni klubu müəyyənləşdi İDDİA

İdman | 16:17 • 1 Oktyabr 2019
Məsut Özilin yeni klubu müəyyənləşdi

Məsut Özil karyerasını Türkiyədə davam etdirəcək.


Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Həmkarlarımız yazıb ki, türk əsilli futbolçu "Fənərbaxça"ya keçəcək.


Ada mətbuatı iddia edir ki, "Arsenal" əsas heyətə düşə bilməyən və həftəlik 350 min funt-sterlinq maaşla Premyer Liqanın ən çox qazanan futbolçularından biri olan Məsutla yollarını ayırmaq qərarına gəlib. London klubu onunla qış fasiləsində yollarını ayıracaq və türk əsilli futbolçu "Fənərbaxça"ya keçəcək.


Qeyd edək ki, Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a 47 milyon avroya transfer olunub. O, cari mövsümdə cəmi iki oyunda meydana çıxıb.


Fanat.Az

Xəbər lenti