Xəzər Xəbər

Dünya nəhəngindən Falkao üçün sürpriz transfer təklifi

İdman | 16:13 • 1 Oktyabr 2019
Dünya nəhəngindən Falkao üçün sürpriz transfer təklifi

İspaniya mətbuatı Radamel Falkao ilə bağlı gözlənilməz iddia ilə çıxış edib.


Kolumbiyalı ulduzun "Mançester Yunayted"in maraq dairəsinə düşdüyü iddia olunub.


"Don Balon" dərgisinin məlumatına görə, "İnter"ə satdığı Romelu Lukakunun yerini doldura bilməyən, heyətində Markus Raşford və Mason Qrinvuddan başqa forvard olmayan Mançester klubu qışda Falkaonu transfer etmək niyyətindədi. Hətta ingilislərin "Qalatasaray"a 7 milyon avro təklif edəcəyi də deyilir.


Qeyd edək ki, "Mançester Yunayted" 2014/15 mövsümündə Falkaonu "Monako"dan 7,6 milyon avroya icarəyə götürmüşdü. Kolumbiyalı ulduz Mançester klubunda keçirdiyi 29 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti