Xəzər Xəbər

“Mançester Yunayted” öz meydanında “Arsenal”la heç-heçə edib

İdman | 09:23 • 1 Oktyabr 2019
“Mançester Yunayted” öz meydanında “Arsenal”la heç-heçə edib

Sentyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Old Trafford” stadionunda oynanılıb. Həmin görüşdə iki iddialı klub - "Mançester Yunayted” və "Arsenal” üz-üzə gəlib.


Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.


Oyunda hesabı meydan sahibləri birinci hissənin sonuncu dəqiqəsində açıb. Markus Reşfordun ötürməsindən sonra Skot Maktominay baxımlı qola imza atıb - 1:0.


Birinci hissə Mançester təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.


Qarşılaşmanın ikinci hissəsinin 58-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirməyə nail olublar.


Müdafiəçilərin səhvini Pyer-Emerik Obameyanq bağışlamayıb - 1:1.


Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansları olsa da, hesab dəyişməyib.


Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Arsenal” turnir cədvəlində dördüncü, "Mançester Yunayted” isə 9 xalla 10-cu yerdə qərarlaşıb.


Yeddi turdan sonra maksimum xal qazanan "Liverpul” 21 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 16 xal olan son çempion "Mançester Siti” ikinci, 14 xalı olan "Lester Siti” isə üçüncü yerdə qərarlaşıb.

Xəbər lenti