Xəzər Xəbər

Mourinyo: "Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm"

İdman | 15:26 • 30 Sentyabr 2019
Mourinyo: "Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm"

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo İtaliya televiziyasının"Tiki-Taka" proqramınında gələcəyi ilə bağlı danışıb.

56 yaşlı mütəxəssis gələcəkdə İtaliya klublarını çalışdırmaq ehtimalının olmadığını söyləyib:

"Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm. "İnter" mənim evim, ailəmdir. Moratti yaxın dostumdur. Madriddəki finaldan sonra "San-Siro"ya qayıtsaydım, "İnter"dən heç vaxt ayrılmazdım. Ailə ilə vidalaşmaq çox ağırdır".

Portuqaliyalı mütəxəssis 2008-2010-cu illərdə "İnter"i çalışdırıb və komandanı ÇL-də qalib edib.

Xəbər lenti