Xəzər Xəbər

Luis Hamilton Mixael Şumaxerin rekordunu yeniləyib

İdman | 13:12 • 30 Sentyabr 2019
Luis Hamilton Mixael Şumaxerin rekordunu yeniləyib

"Mersedes” pilotu Luis Hamilton "Formula-1”in yeni rekorduna imza atıb.


Böyük britaniyalı bunu qalibi olduğu Rusiya Qran-prisində gerçəkləşdirib.


Soçidəki yürüş L.Hamiltonun liderlik edə bildiyi 143-cü yarış olub. Bununla da Mixael Şumaxerin 18 il sahibi olduğu rekord yenilənib.


Almaniyalı 2001-ci ildə Belçika Qran-prisində Ayrton Sennaya məxsus rekordu ələ keçirib və karyerasının sonunadək bu rəqəmi 142-yə çatdırmışdı.


Qeyd edək ki, L.Hamilton mövsümdə 9, karyerasında 82 dəfə mərhələnin qalibi olub.

Xəbər lenti