Xəzər Xəbər

İtaliya A Seriyasının 7-ci turuna başlanılıb - NƏTİCƏLƏR

İdman | 09:16 • 29 Sentyabr 2019
İtaliya A Seriyasının 7-ci turuna başlanılıb -

Sentyabrın 28-də İtaliya A Seriyasının 7-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış görüşündə son çempion "Yuventus” doğma azarkeşlər önündə SPAL-ı qəbul edib.


Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Turinlilərin heyətində Miraləm Pyaniç və Kriştiano Ronaldo fərqlənib.


Cari mövsüm altı oyunda maksimum nəticə qazanan "İnter” isə səfərdə "Sampdoriya” ilə üz-üzə gəlib. Görüş 3:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb. Stefano Sensi, Aleksis Sancez və Roberto Gagliardinin qollarına Jakub Jankto cavab verib.


Günün üçüncü görüşündə "Sassuolo” öz meydanında "Atalanta”ya böyük hesabla məğlub olub - 1:4.


Turun qalan oyunları sentyabrın 29-30-da keçiriləcək.

Xəbər lenti