Xəzər Xəbər

"Barselona" 16 yaşlı ulduzunu itirdi

İdman | 11:45 • 28 Sentyabr 2019
"Barselona" 16 yaşlı ulduzunu itirdi

"Barselona"da daha bir itki baş verib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İspaniya La Liqasında "Xetafe" ilə oyun öncəsi məşqdə zədələnən Ansu Fati matçın iştirak ərizəsinə daxil edilməyib.

16 yaşlı vingerin hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.

Kataloniya klubunun heyətində Lionel Messi, Xordi Alba, Samuel Umtiti də zədədən əziyyət çəkir.

Fati bu mövsüm "Barselona"da2 qol vurub, 1 assist edib.

Xəbər lenti