Xəzər Xəbər

FIFA Salahın səslərinin qeydə alınmamasının səbəbini açıqladı

İdman | 14:47 • 27 Sentyabr 2019
FIFA Salahın səslərinin qeydə alınmamasının səbəbini açıqladı

FIFA"Liverpul"unvə Misir millisinin hücumçusu Məhəmməd Salahın "The Best" mükafatındasəslərinin nəzərə alınmamasının səbəblərini açıqlayıb.

AP xəbər verir ki,qurumMisir Futbol Federasiyasının şikayətinə rəsmi cavab verib. Səsvermədə imzaların böyük hərflərlə yazılmasına görə, sənədlər etibarsız sayılıb. Bundan əlavə, sənədi Misir Futbol Federasiyanın baş katibinin imzalamadığı vurğulanıb.

FIFA Misir Futbol Federasiyasındansənədlərin doğru doldurulması üçün avqustun 19-dək vaxtlarının olduğunu xatırladıqlarını qeyd edib.

FIFA-nın "The Best" mükafatını "Barselona"nın argentinalı hücumçusu Lionel Messi qazanıb.

Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini açıqlamışdı.

Xəbər lenti