Xəzər Xəbər

"Barselona" Qrizmann transferinə görə cərimələndi

İdman | 13:13 • 27 Sentyabr 2019
"Barselona" Qrizmann transferinə görə cərimələndi

İspaniya Futbol Federasiyası "Barselona" klubunu cəzalandırıb.

Federasiya mart ayında Antuan Qrizmannla danışıqlara başlayan Kataloniya klubunu 300 avro məbləğində cərimələyib. Qurum həmin vaxt "Atletiko"nun şərəfini qoruyan futbolçu ilə aparılan danışıqların qeyri-qanuni olduğunu bildirərək, bu qərarı verib.

Bir müddət əvvəl Qrizmannın "Barselona"da oynamasına qadağa qoyulacağı deyilirdi.

"Atletiko" fransalı futbolçunun "Barselona"ya keçidindən sonra bu transferdə qayda pozuntusunun olduğunu iddia edərək, qarşı tərəfi məhkəməyə vermişdi. İddiaya görə, "Barselona" hücumçu ilə mart ayında razılığa gəldiyi üçün Madrid klubuna 120 milyon deyil, 200 milyon avro ödəməlidir. Qrizmannın qiyməti iyunun 30-dan 200 milyon avrodan 120 milyon avroya düşmüşdü.

komanda.az

Xəbər lenti