Xəzər Xəbər

Misir Futbol Federasiyası Salaha qarşı saxtakarlığa görə FİFA-dan izahat tələb edib

İdman | 14:46 • 26 Sentyabr 2019
Misir Futbol Federasiyası Salaha qarşı saxtakarlığa görə FİFA-dan izahat tələb edib

FİFA-nın ən yaxşı futbolçu mükafatı ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.


Səslərin hesablanması zamanı yaşanan saxtakarlıqlar Misir Futbol Federasiyasını da məsələyə müdaxiləsi ilə nəticələnib.


Qurum FİFA-ya məktub ünvanlayıb. Misirlilər bu ölkənin yığmasının lideri Məhəmməd Salaha verilən səslərin "yoxa çıxması” üçün izahat tələb edib.


Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç İngiltərə "Liverpul”unun futbolçusu olan M.Salahı 1-ci yerdə göstərib. FİFA isə həmin xalları Lionel Messiyə hesablayıb.


Qeyd edək ki, Nikaraqua millisinin futbolçusu Xuan Barrera da ardıcıl 6-cı dəfə ən yaxşı seçilən L.Messiyə səs vermədiyini iddia etsə də, FİFA bunun əksini sübuta yetirib.

Xəbər lenti