Xəzər Xəbər

Ter Şteqen - Noyer qalmaqalı böyüyür

İdman | 15:58 • 25 Sentyabr 2019
Ter Şteqen - Noyer qalmaqalı böyüyür

Almaniya millisində daxili ab-hava gərgindir.

Münhenin "Bayern" klubunun prezidenti Uli Hönes "Bild"ə açıqlamasında komanda üzvlərinin yığmanı boykot edə biləcəklərini deyib.

Yığmanın ötən iki matçında ehtiyatda qalan "Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen bu vəziyyətdən mənun olmadığını demişdi.

Uli Hönes millinin qapısını Manuel Noyerin qorumalı olduğunu söyləyib: "Əgər ter Şteqen millinin "bir nömrə"si olsa, Almaniya yığmasına futbolçu göndərməyəcəyik".

Almaniya millisinin meneceri Oliver Birhoff "Bayern"in prezidentinin təhdidinin önəmli olmadığını vurğulayıb: "Bundan qorxmuruq. FIFA-nın bununla bağlı təlimatları var".

33 yaşlı Noyer yığmada 90 oyun keçirib. 27 yaşlı ter Şteqen isə 22 dəfə yığmanın qapısını qoruyub.

Xəbər lenti