Xəzər Xəbər

“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna çağırılıb

İdman | 14:42 • 25 Sentyabr 2019
“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna çağırılıb

Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.


Balkan təmsilçisinin baş məşqçisi Krasimir Balakov yarımmüdafiəçini oktyabrda keçiriləcək qarşılaşmalara dəvət alan legionerlər siyahısına daxil edib.


Mütəxəssis oktyabrın 11-də Monteneqro, üç gün sonra İngiltərəyə qarşı AVRO-2020-nin seçmə oyunları üçün legioner seçimini edib. K.Balakov qarşılaşmalara çağırdığı Bolqarıstan çempionatının iştirakçılarını gələn həftə müəyyənləşdirəcək.


Qeyd edək ki, 5 matçda 2 xal toplayan Bolqarıstan millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. S.Slavçevin yer aldığı komanda Monteneqro ilə səfərdə, İngiltərə ilə evdə üz-üzə gələcək. (APA)

Xəbər lenti