Xəzər Xəbər

"Liverpul" rekord müqaviləyə hazırlaşır

İdman | 13:28 • 25 Sentyabr 2019
"Liverpul" rekord müqaviləyə hazırlaşır

"Liverpul" "Nike" şirkəti ilə sponsorluq anlaşması əldə etməyə yaxındır.

"The Telegraph" xəbər verir ki, "qırmızılar" illik 45 milyon funt-sterlinq gəlir götürdüyü "New Balance" ilə mövcud müqaviləni ləğv etməyə qərar verib. "Liverpul" "Nike" ilə əməkdaşlıqdan illik 75 milyon funt-sterlinq qazanacaq.

Bu, "Liverpul" tarixinin ən bahalı reklam anlaşması olacaq. Son Çempionlar Liqasının qalibi 2020/2021 mövsümündən "Nike" ilə əməkdaşlığa başlayacaq.

Xəbər lenti