Xəzər Xəbər

Mourinyodan "Real"la bağlı açıqlama: gedir dönür?

İdman | 16:02 • 24 Sentyabr 2019
Mourinyodan "Real"la bağlı açıqlama: gedir dönür?

"Real"ın baş məşqçisini dəyişə biləcəyi iddia olunur. Klub rəhbərliyinin və azarkeşlərin hazırkı baş məşqçi Zinəddin Zidandan narazı olduğu, fransalı mütəxəssisin istefaya göndərilə biləcəyi deyilir. Hətta Joze Mourinyonun yenidən komandaya dönəcəyi ilə bağlı xəbərlər də var.


Portuqaliyalı mütəxəssis iddialarla bağlı açıqlama verib.


"İki tip dedi-qodu var. Birincisində, azarkeşi olduğun komanda uğursuz çıxış edəndə məyus olursan və baş məşqçini hədəfə alırsan. İkincidə isə mənim adımı ortaya atırsan. Bu mənim xoşuma gəlmir. "Real"da problemlər ola bilər. Amma Zidan həyatı futbol olan bir insandı. Ona hörmət etmək lazımdı. Hazırda baş məşqçisi olan bir komandaya dönmək istəmirəm" deyə Mourinyo bildirib.


Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub.


Fanat.Az

Xəbər lenti