Xəzər Xəbər

"Barselona"nın baş məşqçi postuna sürpriz namizəd

İdman | 15:56 • 24 Sentyabr 2019
"Barselona"nın baş məşqçi postuna sürpriz namizəd

La Liqada uğursuz çıxış edən "Barselona"nın baş məşqçisi Ernesto Valverdenin kreslosu laxlayıb. 5 turda cəmi 7 xal qazanan və 8-ci pillədə qərarlaşan komandanın çalışdırıcısına son şans verilib. İddiaya görə, komanda qarşıdakı iki turda qələbə qazanmasa, rəhbərlik Valverdeyə qapını göstərəcək.


Artıq "Barselona"nın baş məşqsi postuna namizədlərin olduğu da iddia olunur. Bunlardan biri də komandanın əfsanələrindən hesab olunan Xavi Hernandesdi.


39 yaşlı mütəxəssis hazırda Qətərin "Əl-Sadd" klubuna başçılıq edir. Onun komandası çempionatda keçirdiyi 3 oyunda da qalib gəlib, 13 qol vurub. "Əl-Sadd" həmçinin Asiya Çempionlar Liqasında da yarımfinala çıxıb.


İddialarla bağlı Kataloniyada nəşr olunan "Ara" qəzetinə danışan Xavi "Barsa" üçün körpü olub-olmayacağımı bilmirəm. İndi məni maraqlandıran hazırkı klubumla çempionluqlar qazanmaq və gələcəkdə öyrənmək üçün bəzi səhvlər etməkdi" deyib.


39 yaşlı mütəxəssis keçmiş komanda yoldaşlarının baş məşqçisi olmağın onun üçün problem olmayacağını bildirib: "Messinin necə bir insan olduğunu bilirəm. Luis Suares, Serxio Buskets, Jordi Alba, Cerard Pike və ya Serj Robertonun da həmçinin. Necə çalışdıqlarını, liderlik xüsusiyyətlərini bilirəm. Məyus, yoxsa qəzəbli olduqlarını deyə bilərəm. Bu səbəbdən tanıdığım və yaxşı münasibətlərim olduğu 3, 5, 8 və ya 10 futbolçuya məşqçilik edə biləcəyimi düşünürüəm".


Qeyd edək ki, Xavi 1991-2015-ci illərdə "Barselona"da çıxış edib. 1998-ci ildə əsas komandaya yüksələn keçmiş yarımmüdafiəçi komandada 25 kubok (La Liqa - 8, Kral Kuboku 3, İspaniya Super Kuboku 6, Çempionlar Liqası - 4, UEFA Super Kuboku - 2, klublararası dünya çempionluğu - 2) qazanıb.


2015-ci ildə "Əl-Sadd"a transfer olunan Xavi bu il karyerasını bitirərək komandanın baş məşqçisi olub.


Fanat.Az

Xəbər lenti