Xəzər Xəbər

"Real" "Mançester Siti"nin ulduzuna göz dikib

İdman | 15:53 • 24 Sentyabr 2019
"Real" "Mançester Siti"nin ulduzuna göz dikib

"Real" "Mançester Siti"nin ulduzuna elçi düşüb.


"The Athletic" xəbər verir ki, "Kral Klubu" Rahim Sterlinqi eyətinə qatmaq istəyir. Futbolçunun özünün də Madrid klubunda oynamağa müsbət yanaşdığı deyilir.


2015-ci ildə "Liverpul"dan "Mançester Siti"yə 63,7 milyon avroya transfer olunan Sterlinqin 2023-cü ilədək müqaviləsi var. Klub rəhbərliyi mövsümün sonunadək 24 yaşlı hücumçu ilə müqavilə müddətini uzatmaq istəyir.


Qeyd edək ki, cari mövsümdə 7 rəsmi oyuna çıxan Yamayka əsilli futbolçu 6 qol vurub. "Transfermarkt" ona 140 milyon avro qiymət qoyub.


Fanat.Az

Xəbər lenti