Xəzər Xəbər

Prosineçki Beqoviçi milliyə çağırmadı

İdman | 15:34 • 24 Sentyabr 2019
Prosineçki Beqoviçi milliyə çağırmadı

AÇ-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanla oyunlar üçün Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb.

Komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qolkiperi Asmir Beqoviçə dəvət yollamayıb. 

Xorvatiyalı mütəxəssis"Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, "Maribor”dan Kenan Piriçivə "Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.

Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubuna keçdikdən sonra üç oyun keçirib.

"Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir.

Xəbər lenti