Xəzər Xəbər

Hektor Kuper qovuldu

İdman | 15:08 • 23 Sentyabr 2019
Hektor Kuper qovuldu

Özbəkistan millisinin baş məşqçisi Hektor Kuper istefaya göndərilib.


Bu barədə Özbəkistan Futbol Assosiasiyası məlumat yayıb. Bildirilir ki, tanınmış mütəxəssisin müqaviləsinə xitam verilib. Qərarın səbəbi açıqlanmasa da, anlaşmanın ləğvinə argentinalı mütəxəssisin də razılıq verdiyi vurğulanıb.


Qeyd edək ki, ötən ilin yayında milliyə baş məşqçi təyin edilən 63 yaşlı Kuper 3+1 illik müqaviləyə qol çəkmişdi. Komanda onun rəhbərliyi altında bu il Asiya Kubokunun 1/8 finalında Avstraliyaya penaltilər seriyasında uduzub. Komanda DÇ-2022-nin seçmə mərhələsində son olaraq Fələstinə məğlub olub - 0:2.


Fanat.Az

Xəbər lenti