Xəzər Xəbər

Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

İdman | 14:59 • 23 Sentyabr 2019
Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

Mən "Mançester Yunayted”in problemləri ilə bağlı sualları cavablandıran adam deyiləm.

"Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyudan komandanın cari mövsümdəki çıxışını dəyərləndirmək xahiş edilib.

Portuqaliyalı mütəxəssis Mançester klubunun bərbad mövsüm keçirdiyini söyləyib. O, buna görənorveçli baş məşqçi Ule-Qunar Sulşerin məsuliyyət daşıdığını deyib:

"Orada iki mövsüm keçirdim, bu müddət ərzində bir çox müsbət cəhətləri hiss etdim və klubu hara yönəldəcəyimi başa düşdüm. Üçüncü mövsüm kifayət qədər yaxşı deyildi. Məni işdən azad etdilər və bəlkə də, buna layiq idim. Çünki baş məşqçi kimi məsuliyyət daşıyırdım.

Kədərli reallıq budur ki, indi "Mançester Yunayted” mənim vaxtımdakı ilə müqayisədə daha zəif görünür. İnsanlar vəziyyətdən həzz aldığımı düşünürlər, amma heç xoşuma gəlmir”.

Qeyd edək ki, "Mançester Yunayted” hazırda səkkiz xalla VIII pillədə qərarlaşıb.

Xəbər lenti