Xəzər Xəbər

Ronaldodan sərt sözlər: "İnsanlar axmaqdı"

İdman | 17:04 • 22 Sentyabr 2019
Ronaldodan sərt sözlər:

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bu həftə "Atletiko”ya qarşı keçirilən matda (2:2) madridli azarkeşlərə göstərdiyi jest haqda danışıb.


Epizodlardan birində portuqaliyalı ulduz onu bütün matç boyu fitə basan "Atletiko”lu fanatlara bir neçə dəfə barmaqlarını açıb-bağlamaqla cavab verib.


İtaliya A Seriyasının "Verona" ilə oyunundan sonra "Sky Sport İtalia”ya danışan Ronaldo həmin hərəkəti ilə bağlı bunları deyib: "İnsanlar axmaqdı və çox danışmağı sevirlər. Vəssəlam. Hələlik deyəcəklərim bunlardı".


Fanat.Az

Xəbər lenti