Xəzər Xəbər

"Barselona"nın 16 yaşlı ulduzu milli seçimini etdi

İdman | 13:18 • 22 Sentyabr 2019
"Barselona"nın 16 yaşlı ulduzu milli seçimini etdi

"Barselona”nın 16 yaşlı futbolçusu Ansu Fatiİspaniya vətəndaşlığı alacaq.

AS nəşri xəbər verir ki, gənc futbolçu İspaniya yığmasında oynamaq qərarına gəlib. Fati İspaniyanın U-17 yığmasına dəvət alacaq vəBraziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qvineya-Bisauda doğulanfutbolçunun Portuqaliya yığmasında oynamaq variantı olsa da, o, İspaniyanı seçib.

Fati bu mövsüm "Barselona"da 3 oyuna 2 qol vurub, 1 assist edib.

Xəbər lenti