Xəzər Xəbər

Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək

İdman | 09:52 • 18 Sentyabr 2019
Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək

UFC yarışlarının yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov karyerasının sonu haqda söhbət açdı.

"Gazeta.ru xəbər verir ki, o daha 3-4 döyüşdən sonra karyerasını bitirə bilər.

"Atam mənə deyir ki, onun fiziki formasının ənyüksək nöqtəsi 32-33yaşında olub. Bundan sonra eniş gedir. O deyir ki, mənim hələ aktiv iki ilim var. İndi məşq etmək və intizamı pozmamaq lazımdı. Azı 3-4 döyüş keçirməliyəm. Qalibiyyətlərimin sayını 30-a çatdırmalıyam”, - deyə Həbib bildirib.

Qeyd edək ki, 28 qələbəsi olan dağıstanlı döyüşçünün iki gündən sonra 31 yaşı tamam olacaq.

Xəbər lenti