Xəzər Xəbər

"Bank hesablarımda yaxşı pullar var" - Ronaldo varidatını açıqlayıb

İdman | 09:27 • 18 Sentyabr 2019
"Bank hesablarımda yaxşı pullar var" -

"Varidatım həqiqətən də yarım milyarda dollara yaxındır? Düşünürəm ki, bəli. Buna ümid edirəm”.


Xezerxeber.az xəbər verir ki, bunu Portuqaliya millisinin və İtaliya "Yuventus”unun futbolçusu Kriştianu Ronaldo deyib.


34 yaşlı hücumçu varidatı ilə bağlı suallara aydınlıq gətirib. K.Ronaldo maşınlarının sayı barədə də danışıb: "100 faiz əmin deyiləm. Amma deyə bilərəm ki, bank hesablarımda yaxşı pullar var. Avtomobillərimin sayı? Yəqin ki, 17-dir. Daha çox komfortlu "Rolls-Roys”da gəzməyi xoşlayıram. "Buqatti”, "Maklaren” və "Ferrari”nin hərəsindən iki dənədir”.


Qeyd edək ki, K.Ronaldo ötən ilin yayında 117 milyon avro qarşılığında "Real”dan "Yuventus”a keçib.

Xəbər lenti