Xəzər Xəbər

Bu ulduzlar PSJ - "Real" matçında iştirak etməyəcək

İdman | 15:56 • 17 Sentyabr 2019
Bu ulduzlar

Çempionlar Liqasının qrup mərhələsinin I turunda baş tutacaq PSJ - "Real" matçında bir sıra ulduzlar forma geyinə bilməyəcək.


PSJ-nin heyətində Kilian Mbappe və Neymar iştirak etməyəcək. Fransa millisinin gənc ulduzu zədə, braziliyalı futbolçu cəza səbəbindən oyunu buraxacaq.


Paris klubunun heyətində Edison Kavani də böyük ölçüdə forma geyinməyəcək. Uruqvaylı ulduz zədəsini bərpa etsə də, oynamaq ehtimalı çox azdı. Həmçinin Yulian Draksler də zədə səbəbindən kənarda qalacaq.


"Real"da Serxio Ramos və Naço cəzalı olduğundan matçı buraxacaq. Luka Modriç də zədə səbəbindən oynamayacaq. Zədəsi olan İskonun oynaması isə sual altındadı.


Qeyd edək ki, PSJ - "Real Madrid" matçı sentyabrın 18-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Fanat.Az

Xəbər lenti