Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Keşlə” "Səbail”i qəbul edəcək.
Turun son oyunu çempionluğa 2 əsas namizəd – "Qarabağ” və "Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.
Premyer Liqa
IV tur
15 sentyabr (bazar)
18:00. "Keşlə” – "Səbail”
"Bakcell Arena”
20:30. "Qarabağ” – "Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu