Xəzər Xəbər

İngiltərə Premyer Liqasının beşinci turunda qarşılaşmalar - NƏTİCƏLƏR

İdman | 09:37 • 15 Sentyabr 2019
İngiltərə Premyer Liqasının beşinci turunda qarşılaşmalar -

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda "Mançester Siti” səfərdə "Norviç Siti” komandası ilə qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. Hesabı 18-ci dəqiqədə "Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.


İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə "Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.


Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.


"Nyukasl” klubunu 3:1 hesabı ilə məğlub edən "Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla "Mançester Siti” və 8 xalla "Tottenhem” klubları tutur.


Bu gün keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:


"Brayton” - "Börnli” - 1:1,


"Volverhemton” - "Çelsi” - 2:4,


"Mançester Yunayted” - "Lester Siti” - 1:0,


"Tottenhem” - "Kristal Palas” - 4:0,


"Şeffild Yunayted” - "Sothempton” - 0:1.

Xəbər lenti