Xəzər Xəbər

Transferlərə xərclənən məbləğ açıqlandı

İdman | 16:01 • 13 Sentyabr 2019
Transferlərə xərclənən məbləğ açıqlandı

İngiltərənin Premyer Liqa təmsilçiləri bu yay transferlərə 1,36 milyard dollar xərcləyib.


Bu barədə FIFA-nın maliyyə hesabatında bildirilir. İngilislər yayda ən çox pul xərcləyən klublar olub. Lakin olnarın xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalıb.


İkinci yerdə 1,17 milyardla İspaniya klubları qərarlaşıb. Onların xərcləri 2018-ci ilin yayına nisbətən 20,4 faiz artıb. İtaliya klubları 701 milyon dollar ilə üçüncü olub. Bu isə ötən ilə nisbətən 11,5 faiz azalma deməkdi. Almaniya klubları isə 578,9 milyon dollarla (ötən illə müqayisədə 47.9 faiz çox) dördüncü yerdədir.


Fransa isə Avropanın ilk 5 böyük liqasında ən aşağı göstəriciyə malikdi. Klubların ümümi xərcləri 571,5 milyon dollara bərabərdi. Futbolçu keçidlərindən ən çox qazanc əldə edən isə Fransa təmsilçiləri olub - 876,3 milyon avro.


Fanat.Az

Xəbər lenti