Xəzər Xəbər

Dani Alveş: "Yuventus" və "Barselona"ya qayıtmaq şansım var idi"

İdman | 15:32 • 13 Sentyabr 2019
Dani Alveş:

PSJ-dən "San Paulu"ya keçən Dani Alveş açıqlama verib.

"Globo Esporte" xəbər verir ki, 36 yaşlı müdafiəçi "Yuventus" və "Barselona"ya qayıtmaq ehtimalının olduğunu, ancaq Braziliya klubunu seçdiyini deyib:

"Yuventus" və "Barselona"ya qayıtmaq şansım var idi. Ancaq DÇ-2022-yə hazır olmaq istəyirdim. Klubların çoxu mənə bu istəyimi reallaşdırmaq üçün lazım olan təklifi etmədi. Çünki mənə inanmırdılar. Son dövrümün gəldiyini düşünürlər".

Dani Alveş "San Paulu" ilə 2022-ci ilə qədər müqavilə imzalayıb və 4 oyuna 1 qol vurub.

Braziliya millisinin üzvü 2008-2016-cı illərdə "Barselona", 2016-2017-ci illərdə isə "Yuventus"da çıxış edib.

Xəbər lenti