Xəzər Xəbər

Ronaldinyonun vida oyunu keçiriləcək

İdman | 12:25 • 13 Sentyabr 2019
Ronaldinyonun vida oyunu keçiriləcək

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.

 

39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın "İndependiente Santa Fe" klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.

 

Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.

 

Ronaldinyo sonuncu dəfə 4 mövsüm əvvəl ölkəsinin "Fluminense" klubunda oynayıb.

 

2005-ci ildə "Qızıl Top" mükafatını qazanmış futbolçu "Qremio"nun yetirməsidir. Ronaldinyo PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro" kimi klublarda çıxış edib.

Xəbər lenti