Xəzər Xəbər

Neymar geri dönür

İdman | 12:15 • 13 Sentyabr 2019
Neymar geri dönür

PSJ-də Neymarın qeyri-müəyyən durumu başa çatıb.

 

"Le Parisien" xəbər verir ki, 27 yaşlı hücumçu Paris klubunun bu həftə Fransa I Liqasında "Strasburq"a qarşı keçirəcəyi matçda meydana çıxacaq.

 

Braziliyalı futbolçunun yayda "Barselona"ya qayıdışı baş tutmamışdı. Danışıqlar prosesi getdiyi üçün PSJ onu oyunlara buraxmırdı.

Xəbər lenti