Xəzər Xəbər

"Real"la "Yuventus"un Eriksen yarışı

İdman | 12:04 • 12 Sentyabr 2019
"Real"la "Yuventus"un Eriksen yarışı

"Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq Kristian Erikseni "Real" və "Yuventus" transfer hədəfinə alıb.

"Sky Italia" xəbər verir ki, "Yuventus" Danimarka millisinin üzvünə qış fasiləsində təklif göndərəcək.

AS nəşri isə "Real"ın bu transferdə favorit olduğunu və Eriksenin Madrid klubunu seçəcəyini yazıb.

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi. Eriksen bu mövsüm 4 oyuna 1 qol vurub.

Xəbər lenti