Xəzər Xəbər

İsveçdə Zlatan İbrahimoviçin heykəli ucaldılacaq

İdman | 14:58 • 10 Sentyabr 2019
İsveçdə Zlatan İbrahimoviçin heykəli ucaldılacaq

ABŞ-ın "Los-Anceles Qalaksi” futbol klubunun hücumçusu Zlatan İbrahimoviçə doğma ölkəsində heykəl qoyulacaq.


Xezerxeber.az xəbər verir ki, heykəli İsveç Futbol Federasiyası sifariş edib. Hündürlüyü 2,7 metr, çəkisi 500 kiloqram olan bürünc heykəl 37 yaşlı hücumçunun dünyaya gəldiyi Malmö şəhərində ucaldılacaq. Heykəlin açılış mərasimi oktyabrın 8-də olacaq.


Z.İbrahimoviç karyerası ərzində Hollandiyanın "Ayaks”, İtaliyanın "Yuventus”, "Milan”, "İnter”, İspaniyanın "Barselona”, Fransanın "Paris Sen-Jermen” və İngiltərənin "Mançester Yunayted” klublarında forma geyinib.

Xəbər lenti