Xəzər Xəbər

“Mançester Siti”nin transferlərə xərclədiyi məbləğ açıqlanıb

İdman | 17:21 • 9 Sentyabr 2019
“Mançester Siti”nin transferlərə xərclədiyi məbləğ açıqlanıb

İngiltərənin "Mançester Siti” futbol komandası 2010-ci ildən bəri transferə 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi ("CIES Football Observatory”) açıqlamasında bildirib.


Qurumun açıqlamasına görə, Mançester təmsilçisi 1,014 milyard avro pul xərcləyib. İkinci yerdə Fransanın "Paris Sen-Jermen” komandası (913 milyon avro), üçüncü pillədə isə İspaniyanın "Real Madrid” (903 milyon avro) klubu qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq İngiltərənin "Mançester Yunayted” (751), İtaliyanın "Yuventus” (719), İspaniyanın "Barselona” (697), İngiltərənin "Liverpul” (639), İngiltərənin "Çelsi” (561), İspaniyanın "Atletiko Madrid” (550) və İngiltərənin "Arsenal” (498) klubları yer alıblar.


"CIES Football Observatory” 2005-ci ildə yaradılıb. Təşkilatın mənzil qərargahı İsveçrənın Nevşatel şəhərində yerləşir. Mərkəz futbolda statistik göstəricilərin hesablanması işinə baxır və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən tam dəstəklənir.

Xəbər lenti