Xəzər Xəbər

"US Open"in qalibi Rafael Nadal oldu

İdman | 13:15 • 9 Sentyabr 2019
"US Open"in qalibi Rafael Nadal oldu

"US Open"də kişilərin mübarizəsində final görüşü keçirilib.

Nyu-Yorkda keçirilən mövsümün sonuncu "Böyük Dəbilqə" turnirinin finalında ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev qarşılaşıb. 4 saat 49 dəqiqəlik mübarizəni Nadal qazanıb.

33 yaşlı roketka ustası rəqibini 3:2 hesabı ilə məğlub edib - 7:5; 6:3; 5:7; 4:6; 6:4.

Nadal "US Open"də dördüncü zəfərini qazanıb. Bu, onun"Böyük Dəbilqə"də 19-cu titulu olub. Nadal 20 titulu olan Rocer Federerdən geri qalır.

Xəbər lenti