Xəzər Xəbər

Millimizdən biabırçı nəticə: 55 komanda arasında 48-ci...

İdman | 16:07 • 8 Sentyabr 2019
Millimizdən biabırçı nəticə:

Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində dünən yekunlaşan 5-ci turundan sonra ən uğursuz çıxış edən komandalar sırasında yer alıb.


Nikola Yurçeviçin komandası dörd oyundan bir xal belə toplaya bilməyib. Bu, 55 komanda arasında ən pis göstəricilərdən biridi. Millimizdən başqa, yalnız Andorra, Estoniya, Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn və San-Marino da xal toplaya bilməyib. Vurulan və buraxılan qolların nisbətinə görə isə komandamız 48-ci yerdədi.


Seçmə mərhələdə ən yaxşı göstərici isə 5 oyundan hərəyə 15 xal toplayan İspaniya, Belçika və İtaliyaya məxsusdu. (Qol.az)

Xəbər lenti