Xəzər Xəbər

Rafael Ağayev Tokioda Karate1 Premyer Liqasının finalına yüksəlib

İdman | 15:39 • 6 Sentyabr 2019
Rafael Ağayev Tokioda Karate1 Premyer Liqasının finalına yüksəlib

Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Bir-birinin ardınca fransalı, özbəkistanlı və mərakeşli rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə Rafael Ağayevin rəqibi həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Xəbər lenti