Xəzər Xəbər

Türkiyə millisi dünya çempionatında mükafatsız qaldı

İdman | 17:50 • 5 Sentyabr 2019
Türkiyə millisi dünya çempionatında mükafatsız qaldı

Kişi basketbolçulardan ibarət Türkiyə yığması dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb.


Çində keçirilən yarışın debütantı ola "ay-ulduzlular" Çexiya ilə qarşılaşıb. Ufuk Sarıcanın baş məşqçi olduğu komanda məğlubiyyətə üzülüb - 76:91.


Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17-32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.


Fanat.Az

Xəbər lenti